TexnoiT Agency Team

Həyatınızın kreativ komandası..

Məsim Əliyev

CEO, Full Stack Developer

  • Mobil və VEB tətbiq bacarığı 75%
  • VEB Proqramçılıq 90%
  • İnternet Marketinq 55%

Anar Eyyubov

WEB Designer, Back-end developer

  • Photoshop 90%
  • After Effects 65%
  • İllustrator 75%

Məryəm Əliyeva

Sales Manager

  • Satış bacarığı 75%
  • Kollektivdə işləmək bacarığı 90%
  • Müştəri tapmaq bacarığı 65%

Sifarişin vaxtında çatdırılması

Sifariş müştəri tərəfindən verildikdən dərhal sonra işlərə başlanılır. Komandamız maksimum gücünü sərf etməklə sifarişləri həm keyfiyyətli həm də tez bir zamanda həyata keçirir. Sifarişlər 14-25 iş günü ərzində müştəriyə təhvil verilir.

Kreativ İdeyalar

Texnoit Agency Team bütün müştərilərinə eyni dərəcədə xidmət göstərir. Hər bir müştəri ilə ayrı-ayrılıqda verilən sifarşlər müzakirə olunur, yeni kreativ ideyalar müştəriyə məsləhət görülür. Əgər müştəri saytın və ya mobil tətbiqin bütün işlərini bizə həvalə edərsə ən kreativ ideyalarla saytını təhvil almış olacaqdır.

Responsive dizayn

Responsive dizayn- web sayta mobil telefon və ya planşetdən daxil olduqda, saytda olan şəkil və mətnlərin ekran ölçüsünə görə tam uyğunlaşmasıdır. Responsive dizayn desktop, planşet və mobil versiya olmaqla, mərhələli şəkildə hazırlanır. Web saytlara mobil cihazlardan daxil olduqda ziyarətçilər saytı nəzərdən keçirmək və naviqasiya etməkdə çətinlik yaşayırlar. Əgər daxil olduqları sayt responsive deyilsə, oxumaq istədikləri sahəni ancaq ekran görüntünü artırmaqla, yaxınlaşdırıb, məhdud bir sahəsini gözdən keçirə bilərlər ki, belə olan halda da həm oxumaqda çətinlik çəkərlər, həm də daha çox zaman itirərlər. Bu tip saytlarda saytın menyularını da nəzərdən keçirmək olduqca çətindir.

Google Analytics

Google Analytics” – Web saytınıza daxil olan istifadəçilərin statistiklarına nəzarət edə bilmək üçün “Google” tərəfindən yaradılmış ödənişsiz xidmətdir. “Google Analytics” ilə qısa zaman ərzində statistik məlumatları doğru şəkildə əldə etməyiniz, saytınızın inkişafı, yenilənməsi üçün doğru qərarların qəbul edilməsinə kömək edəcək. “Google Analytics”in fərdi və təşkilati xidmətlərini tək bir hesabda yığmış olması onu seçmək üçün ən vacib səbəblərdəndir.

Kollektivimiz Haqqında

            Texnoit Agency Team internet sahəsində böyük təcrübəsi olan professional gənc kollektivə malikdir. Məhz bunun sayəsində biz bacarırıq:

  • Çətin və mürəkkəb saytların yaradılması;
  • Yandex, Rambler, Google axtarış sistemlərində saytları tanıtmaq;
  • korporativ saytlar;
  • Şirkət və ya məhsul üçün firma üslubunun, loqotipin yaradılması;
  • Saytların texniki dəstəyi.